[b]Davudoğlu:[/b] “Almaniya izahat verməlidir”
18 avqust 2014 19:20 (UTC +04:00)

[b]Davudoğlu:[/b] “Almaniya izahat verməlidir”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son günlər aktual olan casusluq qalmaqalı ilə bağlı almaniyalı həmkarı ilə müzakirə aparacağını deyib.APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, nazir Almaniyanın Türkiyəyə qarşı casusluq və dinləmə işləri apardığı barədə dünya mətbuatında yazılanlara iki nazirin görüşündə aydınlıq gətiriləcəyini söyləyib: “İddialar doğrudursa, ən tutarlı izahat verilməlidir”.

 

Ə. Davudoğlu qeyd edib ki, Almaniyanın Türkiyədəki səfiri Eberhard Pohl bu gün nazirliyə çağırılıb, axşam isə nazirlər arasında söhbət olacaq: “Əgər bu iddialar doğru deyilsə, müvafiq addımlar atılmalı və mətbuatda yazılanlara aydınlıq gətirilməlidir. Əgər bu iddialarda az da olsa həqiqət payı varsa, Almaniya bizə ən tutarlı izahat verməlidir”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216
avatar

Oxşar yazılar