APA-nın BMT-yə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, Suriya, İraq, Əfqanıstan, Yəmən və Liviyaya dünyanın 100 ölkəsindən 25 mindən çox terrorçu gedib: “Bunlar münaqişə zamanı “cəbhə xətləri”ndə terrorçuların potensialını möhkəmləndirirlər. Eyni zamanda onlar gəldikləri və qayıdacaqları ölkələr üçün ciddi təhlükə mənbəyidir. Heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. BMT-yə üzv dövlətlər əməkdaşlığı möhkəmləndirməli, informasiya mübadiləsi aparmalı, sərhəd nəzarəti ilə bağlı güclü mexanizm hazırlamalı, habelə insan haqlarının müdafiəsi və hüquq normaları əsasında ədliyyə sistemini gücləndirməlidir”.
Pan Gi Mun bildirib ki, son vaxtlar İŞİD sıralarına gənc qadınlar və qızlar da qoşulur.
Baş katib qeyd edib ki, bu il Baş Assambleyaya hərbi ekstremizmin qarşısının alınması ilə bağlı Fəaliyyət Planını təqdim edəcək.