[b]Aİ-nin nümayəndəsi:[/b] “Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıyıq”
16 dekabr 2015 14:34 (UTC +04:00)

[b]Aİ-nin nümayəndəsi:[/b] “Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıyıq”

Avropa İttifaqının bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq”.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək çinli  nümayəndəsi deyib. “Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlara əsasən söyləyirəm”, - deyə o, bildirib.

 

Mənbə əlavə edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır: “Bu isə o deməkdir ki, 28 lider qarşıdakı 6 ay müddətində sanksiyaların uzadılmasını dəstəkləyəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar