[b]Ərdoğan: “Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var”[/b]
09 may 2019 18:06 (UTC +04:00)

[b]Ərdoğan: “Aİ-nin Türkiyəyə daha çox ehtiyacı var”[/b]

"Avropa İttifaqının Türkiyəyə ehtiyacı Türkiyənin Aİ-yə ehtiyacından daha çoxdur”.
 
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may Avropa Günü ilə əlaqədar Aİ-nin İslahat Fəaliyyət Qrupunun Türkiyədəki altıncı toplantısında deyib.
 
Rəcəb Tayyib Ərdoğan Türkiyənin tam üzv olaraq yer almadığı bu təşkilatın qurucu dəyərləri təmsil etmə ideyasının hələ də təmin olunmadığını bildirib: “Terrorla mübarizədə quruma üzv ölkələr də, təşkilatın digər institutları da bizimlə həmrəy olmadılar. Aİ-də terror təşkilatlarına qarşı mübarizəmizə göz yumdular.  Biz Aİ standartlarına uyğunlaşma addımlarını vətəndaşlarımızın rifahı naminə atırıq. Viza rejiminin ləğvi ilə bağlı Aİ-nin 72 tələbindən 66-nı təmin etmişik. Qısa zamanda digər 6 tələb də öz həllini tapacaq. Bundan sonra Aİ-nin vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik". 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575

Oxşar yazılar