<b> “Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq”</b>
15 aprel 2014 20:00 (UTC +04:00)

“Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq”

Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq. Ankara həmçinin Krımda keçirilən referendumun nəticələrini tanımır.

 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu haqda Ukraynada prezidentliyə namizədliyi irəli sürülən Pyotr Poroşenko ilə Türkiyə prezidenti Abdulla Gül arasında keçirilən görüşdə bəyan olunub.

 

Regional təhlükəsizliyə həsr olunmuş 1 saatlıq görüşdə əsas diqqət Krm tatarlarının hüquqlarının müdafiəsinə yönəlib.

 

P.Poroşenko görüşün yekunlarına əsaslanaraq gələcəkdə tərəflərin birgə səyləri ilə Krımın əvvəlki statusunun qaytarılacağına əminliyini ifadə edib.

 

Tərəflər Ukraynadakı prezident seçkilərindən sonra Ukrayna-Türkiyə danışıqlarına başlamaq haqda razılıq da əldə ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar