"Avtoşu" və sərnişinini öldürən polis bəraət qazandı
23 may 2015 21:40 (UTC +04:00)

"Avtoşu" və sərnişinini öldürən polis bəraət qazandı

Klivlend şəhər məhkəməsi (Ohayo ştatı) 2,5 il əvvəl  iki silahsız şəxsi qətlə yetirməkdə təqsirləndirilən  Maykl Brelo adlı polis əməkdaşına bəraət qazandırıb.  

 

APA-nın  “TASS”a istinadən verdiyi xəbərə görə, dörd həftə davam edən məhkəmə prosesinin sonunda hakim Maykl Brelonun əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlib.  

 

Qeyd edək ki, 2012-ci ilin noyabrında Klivlend polisləri “dayan” tələbinə tabe olmayan avtomobili təqib edərkən maşına 137 dəfə atəş açıblar. Avtomobildə olan kişi və qadın aldıqları güllə yaralarından hadisə yerində keçiniblər.  

 

Məlumata görə, təqibdə bir neçə polis maşını iştirak edib, lakin qətl ittihamı yalnız 31 yaşlı Maykl Breloya qarşı irəli sürülüb. İttihama əsasən,  Maykl Brelo artıq dayanmış avtomobilə 15 atəş açıb. Buna baxmayaraq, hakim Brelonun əməllərində cinayət tərkibinin olmadığını elan edib.   

 

Qeyd edək ki, çıxarılan hökmə etiraz olaraq məhkəmənin qarşısında etiraz aksiyası keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar