"Anadolu" partiyası bağlandı
12 dekabr 2015 12:45 (UTC +04:00)

"Anadolu" partiyası bağlandı

Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan biri bağlanıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cumhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş deputat Əminə Ülkər Tarhanın rəhbərliyi altında 2014-cü ildə formalaşan “Anadolu” partiyası bağlanıb. Buna səbəb partiyanın ümidləri doğrultmaması və iyunun 7-də keçirilmiş parlament seçkilərində cəmi 0,06 faiz səs toplamasıdır.

 

Seçkilərdəki fiaskodan sonra “Anadolu” partiyası noyabrda təkrar keçirilən səsverməyə qatılmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar