"ABŞ İŞİD-i silah, pul və ərzaqla təmin edir"
19 aprel 2015 09:18 (UTC +04:00)

"ABŞ İŞİD-i silah, pul və ərzaqla təmin edir"

 

 

"ABŞ İŞİD terror qruplaşmasını silah, pul və ərzaqla təmin edir".


 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah  rəisi general-mayor Həsən Firuzabadi bildirib.

 

“Bizim əldə etdiyimiz məlumatlara görə, ABŞ təyyarələri İŞİD-in nəzarətində olan aeroportlarda eniş və uçuşlar həyata keçirir. ABŞ terror qruplaşmasına silah, pul və ərzaq tədarük edir, sonra isə üzr istəyəcək ki, bu guya, səhvən baş verib.  Amerikalılar sözdə İŞİD-ə qarşı çıxmaq istədiklərini bildirirlər, əslində isə onlar müşahidə və kəşfiyyat aparır”, deyə general qeyd edib.

 

Onun sözlərinə görə, artıq tezliklə ABŞ və Avropanı amansız terror dalğası bürüyəcək.  

 

“Biz ABŞ və Britaniya hökumətlərinin, heç olmasa, öz xalqlarının xatirinə İŞİD-lə mübarizə aparacağına ümid edirik”, deyə İran Silahlı Qüvvələrinin Baş Qərargah  rəisi vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341
avatar

Oxşar yazılar