Ukraynanın baş naziri Arsen Yatsenyuk bəyana edib ki, Viktor Yanukoviç artıq prezident deyil və o, kütləvi qırğına görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, özünün «Facebook» səhifəsində o, daha sonra yazıb: «Biz həbsxana kamerasında Yanukoviçin təhlükəsizliyinin tam təmin olunacağına təminat veririk».