Ukraynanın telekommunikasiya şirkəti rəsmi olaraq, bildirib ki, yarımada ilə Ukraynanın başqa ərazisi arasında əlaqənin texniki təmini mümkün deyil.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, əlaqənin kəsilməsinə səbəb fevralın 28-də naməlum şəxslərin Krımda bir neçə rabitə qovşağını ələ keçirməsi göstərilib.
«Bunun nəticəsində magistral kabellərin bəzi məftilləri zədələnib. Krımda bütün telefon «TriMob» m əlaqələri, eləcə də İnternetə giriş kəsilib» -deyə, şirkət bildirib.