Ukraynanın baş naziri Arsen Yatsenyuk BMT Təhlükəsizlik Şurasının toplantısında bildirib ki, ölkəsi «Rusiya tərəfdən təcavüzə məruz qalıb».
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib ki, XXI əsrdə problemin güc tətbiqi ilə həlli yolverilməzdir.
Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin isə Moskvanın Ukraynaya hərbi müdaxilə etmək niyyətində olmadığını deyərək, «ölkəni iki hissəyə bölməkdə» rəsmi Kiyevi suçlayıb. Rusiyalı təmsilçi Krımda referendumunu keçirilməsinin tərəfdarı olduğu da vurğulayıb.