«S&P» («Standart & Poors») agentliyi Moskva və Sankt-Peterburqun kredit reytinqi üzrə göstəricisini aşağı proqnozlaşdırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, agentlik şəhərlərin reytinqinin aşağı olmasını ölkənin göstəricisi ilə izah edib.
«Standart & Poors» martın 20-də Rusiyada proqnozların pisləşməsini Ukraynada baş verənlərlə əsaslandırıb. Agentlik Rusiyada iqtisadi riskin artacağını proqnozlaşdırıb.
Mənbə xatırladıb ki, bu günlərdə «Fitsh» agentliyi Rusiyanın 9 şirkəti və 15 bankının da reytinqinin neqativə doğru aşağı düşəcəyini proqnozlaşdırıb.
Həmin siyahıya «Sberbank Rossii», «Vneşekonombank», «Qazprombank», «Rosbank», «Sitibank» və «Rayffazenbank», eləcə də «Atomenerqoprom», «Qazprom», «Qrajdanskie samoletı Suxoqo», «Lukoyl», «Rusiya Dəmiryol» və «Rusqidro» da düşüb.
Xatırladaq ki, «Standart & Poors» agentliyi «McGraw-Hill» korporasiyasının törəmə şirkətidir. «S&P» maliyyə bazarının araşdırılması ilə məşğuldur. Şirkət dünyanın ən nüfuzlu üç reytinqli agentliyinə məxsusdur.