«Rusiyalı desantlar Krımı işğala başlayıb»
01 mart 2014 02:15 (UTC +04:00)

«Rusiyalı desantlar Krımı işğala başlayıb»

0

Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi Sergey Kunitsın bildirib ki, 13 «İL-76» təyyarəsi rusiyalı desantlarla  yarımadaya girib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Krım-tatarlarının televiziyasında təmsilçi bildirib : «Hər birində 150 desant olan 13 təyyarə Qvardiyada oturub».

 

Kunitsın hesab edir ki, Rusiyanın yarımadanı silahlı işğalı başlayıb: «Hərbçilər bütün yarımadanın bütün ətrafına nəzarət edir. Bu əməliyyatı düşünənlər insanları nəzərə almayıb. Fikrimcə, silahlı təcavüzün iştirakçıları Ukrayna hərbçilərinin atəş açmasını gözləyir».

 

O, hamını «silah cingiltisini» faciə ilə bitirməməyə çağırıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1804

Oxşar yazılar