NATO-nun yeni baş katibi Yens Stoltenberq Rusiyanın ünvanına sərt bəyanat verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, “NR Baltija” bu haqda xəbər yayıb.
Yeni baş katibi bildirib ki, Krımda Rusiyanın fəaliyyəti sülhün dəstəklənməsi üçün NATO-nun rolunun vacibliyini təsdiqləyib.
“Rusiya güc tətbiq etməklə Avropanın sərhədini dəyişib” -deyə, Stoltenberq NATO-nun «geniş hərbi imkanlarının» olduğunu xatırladıb.
Xatırladaq ki, o, bu il oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.