«Rusiya və Ukraynanın xarici işlər nazirlikləri arasında təmas davam etdiriləcək».
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu bəyanatla çıxış edib.
«Yaxın günlərə danışıqlar planlaşdırılıb. Bundan başqa iki ölkənin nazir müavinləri səviyyəsində çox da asan olmayacaq şəraitdə müzakirələr aparılacaq. Fikrimcə, vəziyyətə diplomatik təsir tədbirləri bitməyib» - deyə, o, vurğulayıb.
Xatırladaq ki, Haqqada nüvə təhlükəsizliyi sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Andrey Deşitslə görüşüb.