«Rusiya vətəndaşları prezidentliyə namizədi girov götürmək istəyib»
03 aprel 2014 20:38 (UTC +04:00)

«Rusiya vətəndaşları prezidentliyə namizədi girov götürmək istəyib»

0

Aprelin 2-də Ukrayna Təhlükəsizlik Xidməti Lvov vilayətində Rusiyanın iki vətəndaşının saxlayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar bir neçə ukraynalını, o cümlədən Ukrayna prezidentliyinə namizədlərdən birini girov götürmək niyyətində imiş.

 

Mənbə bildirib ki, saxlanılanlar 1986 və 1987-ci ildə anadan olublar. Təhlükəsizlik xidmətinin məlumatına əsasən, onlara məxsus avtomobildən trotil kütləsi, “Makarov” tipli tapança üçün 16 ədəd patron, prezidentliyə namizədin hərəkət qrafiki yazılan dəftər və başqa əşyalar aşkarlanıb.

 

Lvov vilayət prokurorluğu “dövlət və ya ictimai xadimin həyatını təhdid” maddəsi ilə cinayət işi açıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar