«Rusiya Ukraynaya qarşı əxlaqsızcasına təcavüzə başlayıb»
01 mart 2014 03:35 (UTC +04:00)

«Rusiya Ukraynaya qarşı əxlaqsızcasına təcavüzə başlayıb»

0

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov televiziya vasitəsi ilə ölkə əhalsinə müraciət edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Rusiyanın təcavüzkarlıqda ittiham edərək, Moskvanın Ukraynada «ABxaziya ssenarisini» təkrarlamaq istəyini bildirib.

 

 

«Rusiya Federasiyası Ukraynamıza qarşı əxlaqsızcasına təcavüzə başlayıb. Onlar ordu ilə yalnız Krım parlamenti və Nazirlər Kabinetini deyil, mülkü obyektəri, kommunikasiya xətlərin nəzarətə alıb və Ukrayna ordusunu mühasirəyə almağa çalışırlarbizi abxaziya ssenarisi oynamağa təhrik edirlər»-deyə, A.Turçinov vurğulayıb.

 

O, Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, «təxribatı dayandırıb, danışıqlara başlamağa» çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1405

Oxşar yazılar