“Sağ sektor” Rusiya KİV-in xəbərini təkzib edib
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, fəallarının Rusiyada saxlanılması ilə bağlı Rusiya KİV-də yayılan xəbəri “Pravıy sektor” qurum təkzib edib.
***
02.05
Rusiyanın xüsusi xidmət orqanları Ukraynanın 25 vətəndaşını Federasiya ərazisində diversiya hazırlamaqda şübhəli bilərək, saxlayıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, onlar martın 14 -16-da Rusiyanın 7 bölgəsində, o cümlədən Rostov, Volqoqrad, Tver, Orlov, Belqorod vilayətlərində, Kalmıkiya və Tatarıstanda terror aktları keçirməyə hazırlaşırmış.
Mənbə bildirib ki, saxlanılanların 3-ü «Sağ sektor»-un («Pravıy sektor») fəallarıdır.
Məsələ ilə bağlı araşdırma aparılır.