ABŞ-ın dövlət katibi Con Kerri rusiyalı həmkarı ilə London Krım ətrafında yaranan böhranı müzakirə edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında Con Kerri deyib: «Rusiya naziri çatdırdı ki, martın 16-da Krımda keçiriləcək referendumadək prezident Vladimir Putin heç bir qərar qəbul etməyəcək.
Bu referendumla bağlı ABŞ mövqeyinin aydın olduğunu deməliyəm. Biz hesab edirik ki, referendum Ukrayna Konstitusiyası və beynəlxalq hüquqa ziddir».
Kerri Krımda və Ukraynanın Rusiya ilə şərq sərhədinə Rusiya Silahlı Qüvvələrinin cəmləşməsindən, eləcə də Ukraynanın şərqində gənclərin xuliqanlığından rahatsız olduqlarını da vurğulayıb.
Qeyd edək ki, Ukraynada böhranın tənzimlənməsi ilə bağlı keçirilən görüş nəticəsiz başa çatıb.