«Referendum keçirilsə, ABŞ və AB Rusiyaya qarşı sanksiyaları gerçəkləşdirəcək»
13 mart 2014 20:50 (UTC +04:00)

«Referendum keçirilsə, ABŞ və AB Rusiyaya qarşı sanksiyaları gerçəkləşdirəcək»

0

«Əgər Krımda referendum keçirilərsə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiya tətbiq edəcək». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu bəyanatı ABŞ-ın dövlət katibi Con Kerri verib.

 

Senatın təsisatlar komitəsindəki dinləmələr zamanı o, deyib: «Bazar ertəsi (martın 17-də- red.) burada və Avropa çox ciddi addımlar atılacaq. Əgər Krım Muxtar Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı martın 16-a planlaşdırılan səsvermə gerçəkləşərsə, ona cavab bu, prosesdən öncə olacaq».

 

Onun sözlərinə əsasən, ABŞ hakimiyyəti artıq sanksiyanın tətbiqi ilə bağlı bütün hazırlıq işlərini görüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar