BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl təmsilçisi Lahdor Brahimi ölkədə keçirilməsi nəzərdə tutulan prezident seçkisinə münasibət bildirib .
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib ki, belə bir siyasi kampaniyanın keçirilməsi müxalifətin danışıqlardan imtinasına səbəb ola bilər.
«Əgər seçki olsa, müxalifətin hakimiyyətlə danışıqlara maraq göstərəcəyini şübhələnirəm»-deyə, Nyu-Yorkda jurnalistlərə açıqlamasında o, vuruğulayıb.
Mənbə xatırladıb ki, martın 13-də Suriyadakı rejimin parlamenti seçki ilə bağlı yeni qanunu təsdiqləyib. Həmin qanuna əsasən, bir neçə nəfər prezidentliyə namizədliyini irəli sürə bilər. Bundan başqa namizəd 10 ildən artıq Suriyada yaşamalıdır.
Prezident seçkisi 2014-cü ilin iyununda keçirilməsi nəzərdə tutulub.