İraqın və müsəlman dünyasının nüfuzlu dini liderlərindən biri ayətullah-üzma Əli əl-Sistani deyib ki, parlamentin yeni hökumət yarada bilməməsi “təəssüfləndirici uğursuzluqdur”.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, iyulun 4 -də Cümə namazındakı çıxışında siyasətçiləri “ölümcül nəticələri olan səhvlərdən” yayınmağa çağırıb.
Sistaninin fikrincə, hökumət geniş təmsilçiliyə əsaslanmalıdır.
İraq parlamenti iyulun 1-də yeni hökumət yaratmaqla bağlı razılığa gələ bilməyib.
Xatırladaq ki, ötən ayın sonunda ayətullah-üzma Əli əl-Sistani iyulun 1-də parlamentdəki görüşdə siyasi blokları yeni baş nazir, parlament sədri və prezidenti təsdiqləməyə çağıraraq, milli birlik hökumətinin qurulmasının vacibliyini vurğulamışdı.