İranlı general Suriyada öldürülüb
30 may 2014 03:47 (UTC +04:00)

 İranlı general Suriyada öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Qvardiyası Quru Qoşunları Qüvvələrinin komandirlərindən biri, general Abdulla İsgəndəri Suriyada öldürülüb.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ölkənin elektron informasiya vasitələrin generalın  mayın 26-da öldürüldüyünü bildirsələr də, olayla bağlı ətraflı xəbər verməyiblər.

Odur ki, Abdulla İsgəndərinin Suriyadakı rejimin başçısı Bəşar Əsədə müxalifətdə olan qüvvələrlə silahlı qarşıdurmada öldürüldüyü ehtimal edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar