«Facebook»-un qurucusu telefonla Obamaya şikayət edib
14 mart 2014 07:08 (UTC +04:00)

«Facebook»-un qurucusu telefonla Obamaya şikayət edib

0

«Facebook»-un yaradıcısı Mark Tsukerberq ABŞ prezidenti Barak Obamaya zəng edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sosial şəbəkənin qurucusu ABŞ hakimiyyətinin izləmə proqrammı internetin gələcəyinə ziyan vurduğundan şikayət edib.

 

 

O, hakimiyyəti daha çox aşkarlığa çağırıb.

 

Mənbə xatırladıb ki, bu yaxınlarda ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi informasiya əldə etmək üçün saxta «Facebook» səhifəsi yaratdığı məlum olub.

 

Ağ ev Obama ilə Tsukerberq arasında telefon söhbətinin olduğu faktını təsdiqləyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1210

Oxşar yazılar