«Böyük 8»-dən 7-si Londona yığışacaq
16 mart 2014 07:05 (UTC +04:00)

«Böyük 8»-dən 7-si Londona yığışacaq

0

Yaxın günlərdə Rusiyanın iştirakı olmadan «Böyük 8»-likdən «7»-sinin Londonda zirvə toplantısı keçirilə bilər.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Almaniya hökumətinə yaxın mənbələrə əsaslanaraq, «Şpigel» xəbər yayıb.

 

Mənbə bildirib ki, əgər Rusiya «Ukraynaya qarşı təcavüzkar siyasətin davam etdirsə» bu tədbir onsuz keçiriləcək.

 

Britaniya hakimiyyəti ABŞ, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya təmsilçilərinə sammitin Londonda keçirilməsini təklif edib.

 

Bu məlumat Almaniya hökuməti tərəfindən rəsmi olaraq, təsdiqlənməyib.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı mövcud siyasətindən öncə «Böyük 8»-lik bu ilin aprelində Leyptsiqdə keçirilməli idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1418

Oxşar yazılar