«Almaniya Rusiyanın təbii qaz tədarükünü azaltmasından qorxmur»
14 mart 2014 00:07 (UTC +04:00)

«Almaniya Rusiyanın təbii qaz tədarükünü azaltmasından qorxmur»

0

«Almaniya Rusiyanın təbii qazından asılı deyil və onun tədarükünün azalmasından qorxmur». Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin kansleri Angela Merkel Almaniyada çıxan «Passauer Neue Presse» qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə əsasən, Almaniya Rusiyadan təbii qaza olan ehtiyacının  35 faizini Rusiyadan idxal edir: «Bu həcmdə idxalata isə asılılıq deyilməz».

 

A.Merkel deyib ki, Ukraynadakı vəziyyətlə bağlı  Qərb Rusiyaya qarşı sanksiya tətbiq edərsə, qaz tədarükündə fasilələrin yaranması ehtimalı azdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar