«ABŞ Ukraynaya önəmli yardımı etməyə hazırdır»
02 mart 2014 03:20 (UTC +04:00)

«ABŞ Ukraynaya önəmli yardımı etməyə hazırdır»

0

ABŞ prezidenti Barak Obama Ukrayna hakimiyyətinə «önəmli dərəcədə» yardım etməyə hazırdır.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ağ evdən bildirilib : «Prezident Obama administrasiyasına Ukrayna xalqını dəstəkləmək, o cümlədən bütün texniki və maliyyə yardımı etmək üçün beynəlxalq tərəfdarlarla işləri  davam etdirməyi tapşırıb.

 

Biz müttəfiqlərimiz, tərəfdarlarımız və Beynəlxalq Valyuta Fondu ilə sıx əlaqə saxlayaraq, Ukraynanın yeni hakimiyyətinə maliyyə sabitliyini təmin etmək, vacib islahatları gerçəkləşdirmək, seçkiləri uğurla başa çatdırmaq, demokratik gələcək uğrunda mübarizə aparmaq üçün dəstəyimizi davam etdirəcəyik» 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1217

Oxşar yazılar