“Germanwings” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının səbəbinin bədbəxt hadisə olduğu ehtimal olunur. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Lufthansa şirkətinin vitse-prezidenti Hayke Birlenbax bildirib.
“Hazırda biz bunun bədbəxt hadisə olduğunu hesab edirik, digər versiyaların səsləndirilməsi spekulyasiya olardı”, deyə o Barselonanın “El Parat” aeroportunda jurnalistlərə bildirib.
Qeyd edək ki, qəzaya uğrayan «А320» təyyarəsinin məxsus olduğu “Germanwings” aviaşirkəti “Lufthansa”nın törəmə şirkətidir.
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.