“Zika” virusu 33 ölkədə qeydə alınıb
06 fevral 2016 01:21 (UTC +04:00)

“Zika” virusu 33 ölkədə qeydə alınıb

0

2014-cü ilin yanvarından etibarən “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.

 

“2015-ci ildə Şimali və Cənubi Amerikada “Zika” virusuna ilk yoluxma faktları qeydə alınandan sonra, onun coğrafiyası ardıcıl surətdə genişlənib. “Aedes aegypti” növlü ağcaqanadının yaşama arealı olan ərazilərdə virusun yayılması gözlənilir. 2014-cü ilin yanvarından 2015-ci ilin fevral ayınadək “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb”, məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Zika virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virusu “Aedes aegypti” növlü ağcaqanadlar tərəfindən yayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar