“Zara”nın təsisçisi dünyanın ən varlı insanı oldu
23 oktyabr 2015 21:02 (UTC +04:00)

“Zara”nın təsisçisi dünyanın ən varlı insanı oldu

“Zara” mağazalar şəbəkəsinin təsisçisi, ispaniyalı biznesmen Amansio Orteqa ilk dəfə Forbes jurnalının dünyanın ən varlı insanların siyahısında birinci yerə yüksəlib.

 

Oxu.Az-ın məlumatına görə, iş adamının sərvəti sutka ərzində 3,9 milyard artaraq 79,7 milyard dollara çatıb.

 

“Microsoft”un təsisçisi Bill Qeyts 78,1 milyard dollarla 2 yerdə qərarlaşıb. Üçüncü isə 64,4 milyard dollar sərvətlə amerikalı iş adamı Uorren Baffetdir.

 

Qeyd edək ki, Amansio Orteqa “Zara” şirkətini həyat yoldaşı ilə birlikdə 1975-ci ildə açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar