“Yandeks” Putinə görə bir milyard itirib
26 aprel 2014 01:07 (UTC +04:00)

“Yandeks” Putinə görə bir milyard itirib

Aprelin 25-dən Rusiyanın “Yandeks” axtarış sisteminin aksiyaları sürətlə düşməkdədir.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, aprelin 25-də Nyu-Yorkun “NASDAQ” birjasında şirkətin aksiyaları 10,44 faizədək düşərək, 23,9 dollar təşkil edib.

 

Mənbənin xatırlamasına əsasən, Rusiya prezidenti Vladimir Putin Sankt –Peterburqda keçirdiyi mediaforumda deyib ki, “Yandeks” fəaliyyətinin ilkin mərhələsində qərbin təsiri altında olub.

 

““Yandeks” fəaliyyətə yenicə başlayanda onlara təzyiq edirdilər: bu qədər amerikalıların olmalıdır, bu qədər avropalıların. Şirkətdə şərti irəli sürənlərlə razılaşmağa məcbur olurdu.

 

“Yandeks” milli sistemdir. Ancaq onun bir hissəsi yalnız vergi məqsədi ilə deyil, başqa niyyətlə xaricdə qeydiyyata alınıb” -deyə, Rusiya lideri vurğulayıb.

 

Bu bəyanatdan sonra şirkətin aksiyaları ABŞ birjasında həmin gün 5 faiz düşmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076
avatar

Oxşar yazılar