“Yandeks-Ukrayna”-nın direktoru istefa verib
06 may 2014 07:45 (UTC +04:00)

“Yandeks-Ukrayna”-nın direktoru istefa verib

Rusiyanın İnternet-nəhəngi “Yandeks-Ukrayna”ın Ukrayna bölməsinin direktoru Sergey Petrenko müddətsiz məzuniyyətə çıxıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, öz bloqunda bunu mayın 2-də Odessada baş verənlərlə əlaqələndirib.

 

“Mən şirkətin rəhbərlərindən biriyəm, ictimai fiquram. İndiki şəraitdə mənim şəxsi  və vətəndaş mövqeyim siyasi tərəfsizlik tutduğunu elan edən “Yangeks”də hiss oluna bilər. Ukraynada baş verənlərə laqeyd qala bilmərəm. Eləcə də şirkətin təhdidlərinə də məruz qalmağa hazır deyiləm ”-deyə, Petrenko qeyd edib.

 

Sosial şəbəkədəki səhifəsində o, Odessada baş verənləri “separatçılardan təmizləmə” adlandıraraq, Rusiya informasiya vasitələrinin Ukrayna ilə bağlı xəbərləri yayma üsulunu da tənqid edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar