Amerikada süd vəzi xərçəngi səbəbi ilə xərçəng xəstəlikləri ilə mübarizə fondundan 400 min dollar alan qadının onkoloji xəstə olmadığı ortaya çıxıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Tracy Dart adlı qadın xərçəng olduğunu açıqladıqdan sonra “Komen” cəmiyyəti onun üçün maddi yardım toplamağa başlayıb. Pul yığılması üçün kampaniyalarda iştirak edən qadının xəstə olmadığı ortaya çıxdıqda isə polis axtarışa başlayıb.
Tracy Dartın ailəsi isə onun böyrəyində problemlər olduğu üçün həkimə getdiyini, xərçəng xəstəliyi ilə bağlı heç bir məlumatları olmadıqlarını açıqlayıb. “Saxta xəstə” haqqında xəstəxanada da heç bir məlumat olmadığından ona yardım toplayan kompaniyanın üzvləri də sosial şəbəkədə açılan hesabı bağlayıblar. Dartın xəstəlik adı ilə pul qazanmağa çalışdığı düşünülür. 400 min dollar həcmində maddi yardım toplayan qadının hazırda harada olduğu haqda məlumat yoxdur.