ABŞ-ın Yeni Orlean Universitetinin bir qrup alimi bildirib ki, döş boşluğunun xərçəngi zamanı qəbul edilən “Tamoksifen” dərmanı, hətta otaq işığında təsir göstərmir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, mütəxəssislər həmin həblərin yalnız tam qaranlıqda qəbul edilməsini məsləhət görür. Onlar bunu dərmanın yuxu hormonlarına təsiri ilə əlaqələndirirlər.
Alimlər öz nəzəriyyələrini laboratoriya şəraitində siçanlar üzərində sınaqdan çıxarıb. Onların həmkarları hesab edir ki, araşdırmanın nəticələrini insanlar üzərində də sınaqdan keçirmək vacibdir.