“Vaşinqton post”-un müxbiri İranda tutulub
25 iyul 2014 07:13 (UTC +04:00)

“Vaşinqton post”-un müxbiri İranda tutulub

0

ABŞ-ın üç vətəndaşı, o cümlədən “Vaşinqton post”-un müxbiri iki gün öncə Tehranda saxlanılıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda qəzet xəbər dərc edib.

 

“Vaşinqton post”-un xarici siyasət bölməsinin redaktoru Duqlas Cel bildirib ki, müxbir Ceyson Rezaianın və xanımının həbsi ilə bağlı dəqiq məlumat əldə ediblər.

 

Rezaianın 2012-ci ildən Tehranda qəzetin xüsusi müxbiri işləyib.

 

Mənbə qeyd edib ki, xanımı ilə birlikdə qəzetin daha iki ştatdankənar fotoqrafı da tutulub.

 

Məlumata əsasən, jurnalistlərin saxlanılması ilə bağlı vəziyyət araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 835

Oxşar yazılar