“Uzaq Şərq”də ölənlərin sayı 56-ya çatdı
02 aprel 2015 16:50 (UTC +04:00)

“Uzaq Şərq”də ölənlərin sayı 56-ya çatdı

 

Aprelin 1-də gecə saatlarında Oxot dənizində "Uzaq Şərq" adlı böyük balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 56-ya çatıb.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional nümayəndəliyindən bildirilib.

 

Qeyd olunub ki, dənizdən 56 nəfərin cəsədi çıxarılıb. 
 

Xatırladaq ki, Oxot dənizində gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. 
 

İlkin məlumata əsasən, gəmidə olanlardan 63 nəfəri xilas edilib.

 

Onlardan 7-nin vəziyyəti ağırdır. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlı da olub. Onlardan artıq 4 nəfər xilas olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar