“Ukraynanın şərqindəki etiraz aksiyalarını Rusiya hazırlayıb”.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu bəyanatla ABŞ Dövlət Departamentinin təmsilçisi Cennifer Psaki çıxış edib.
“Aksiya keçirilən rayonlardakıların rusiyayönül olduqları hamıya məlumdur. Təsdiqlənmiş xəbərlərə əsasən həmin aksiyada iştirak edənlərə pul verilir və onlar yerli əhali deyillər. Bu isə bizi ciddi şəkildə rahatsız edir”-deyə, o, vurğulayıb.