Ukrayna Milli təhlükəsizlik şurasının katibi Andrey Parubiy bildirib ki, ölkəsinin Müstəqil Dövlət Birliyindən (MDB) çıxması prosesi başlayır.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “İnforesist” xəbər yayıb.
“Milli Təhlükəsizlik Şurasında Ukraynanın yalnız MDB-də sədrliyin dayandırılması haqda deyil, həm də bu qurumdan çıxması prosesinin başlanılmasına dair qərar qəbul edilib” -deyə, katibi bildirib.