Ukraynanın Cənub-şərq bölgələri özlərinə prezident seçməyi planlaşdırır.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, “Ukrainskaya pravda” yazıb ki, bu haqda Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Parubiy bəyanat verib.
“Aprelin sonunadək Ukraynanın cənub-şərqində paralel prezident hakimiyyəti yaradılması planlaşdırılır. Onlar ümumi konsepsiya altında bu ərazinin Rusiyaya birləşdirilməsini istəyir” -deyə, A.Parubiy bildirib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının proqnozlarına əsasən, mayın 1 - 9-da Ukraynanın cənub-şərqində separatçılıq ovqatı güclənəcək.