Rusiya-Ukrayna sərhədinə, o cümlədən problemli Luqanşine sahəsinə ukraynalı sərhədçilər nəzarət edir.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukraynan Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Mixail Koval açıqlama verib: “Anti-terror əməliyyatlar fəal mərhələyə keçəndən sonra bütün sərhəd tamamilə bağlanıb. Hətta, Luqansk vilayətində də sərhərdə Ukraynanın Silahlı Qüvvələri nəzarət edir. Bununla da xaricdən Ukrayna ərazisinə ağır texnika gətirmək mümkün olmayacaq”.
Bundan başqa Koval bildirib ki, 4 iyuldan sonra Rusiya tərəfi artıq Ukrayna sərhədini pozmur.