ATƏT-in ekspertləri Ukraynada yaşayan rusca danışan əhalinin haqlarının pozulmasını təsdiqləyən faktın aşkarlanmadığını bəyan ediblər.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qurumun rəsmi “Tvitter” səhifəsində bu haqda bildirilib: “Ukraynada ruscadanışanların haqqının pozulması ilə bağlı məlumatlar öz təsdiqini tapmayıb”.
Hakimiyyət təmsilçiləri, eləcə milliyyətçi “Sağ sektor”-un (“Pravıy sektor”) nümayəndələri ruscadanışanların haqqını pozmaq niyyətində olmadıqlarını bildiriblər.
Xatırladaq ki, bir müddət öncə Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynada ruscadanışanların haqqının pozulması ilə bağlı bəyanat vermişdi.