“Tumo” mərkəzi şurasının üzvü və “Twitter” sosial şəbəkəsi prezidentinin müavini Raffi Krikoryan aprelin ikinci yarısında Ermənistana səfər edəcək.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bir həftəlik səfər çərçivəsində o, proqramlaşdırma üzrə iki məruzə oxuyacaq, informasiya texnologiyaları sahəsində çalışanlar və hökumət üzvləri görüşəcək.
Raffi Krikoryan və onun komandası “Twitter”-də əsas infrastrukturu (baza məlumatları, server klasterləri, proqramların mühafizəsi) idarə edirlər.