“Türkiyə Hava Yolları” reysləri təxirə saldı
09 noyabr 2015 22:28 (UTC +04:00)

“Türkiyə Hava Yolları” reysləri təxirə saldı

“Türkiyə Hava Yolları” aviaşirkəti Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək  təxirə salıb. APA-nın məlumatına görə, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda bildirilir.   

 

Məlumatda bildirilir ki, təhlükəsizliyin təmin olunmasında yaranan problemlər uçuşların dayandırılmasına səbəb olub.  

 

Bundan əvvəl “Türkiyə Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə gecə saatlarında uçuşlara məhdudiyyət qoyub. 

 

Xatırladaq ki,  “Airbus A321”un qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar