Yunanıstanın Rodos adasında 36 yaşlı amerakalı qadına təcavüz olunub. Lent.az-ın Türkiyənin “Cumuriyyət” qəzetinin saytına istinadən verdiyi məlumata görə, Amerikadan tətil üçün gələn qadın adada yoqa dərslərinə başlayıb. O, adı məlum olmayan 42 yaşlı yunan müəlliminin onu dərs zamanı zorlandığını başa düşüb. Bunun ardınca polisə gedən xanım, yunan müəllimindən şikayətçi olub.
O, ifadəsində bildirib ki, yoqa dərsləri zamanı ona müəllimi təcavüz edib: “Yoqaya o qədər alüdə oldum ki, trans vəziyyətinə düşdüm. Ayılanda özümü çılpaq gördüm və anladım ki, müəllim məni zorlayıb”.
Polis yoqa müəllimini saxlayıb. İstintaq zamanı müəllim bildirib ki, 36 yaşlı amerikalı qadının razılığı ilə onunla cinsi əlaqədə olub.