“Titanik”də yazılan məktub 200 minə satılıb
27 aprel 2014 05:39 (UTC +04:00)

“Titanik”də yazılan məktub 200 minə satılıb

0

Aprelin 26-da məşhur “Titanik” gəmisindəki sərnişinin məktubu Britaniyada hərracda 200 min dollara satılıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, məktub gəmi batmazdan bir neçə saat öncə sərnişin Ester Hart tərəfindən yazılıb. O, məktubu Londonda yaşayan anasına ünvanlayıbmış.

 

Ester Hart məktubu “Titanik” qəzaya uğrayan zaman ölən  ərinin paltosunun cibində gizlədibmiş. O, paltonun çıxararaq, isinmək üçün xanımına veribmiş. Qəzadan bu ailənin 7 yaşlı qızı xilas olub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1300

Oxşar yazılar