“Təcili yardım” avtobusla toqquşdu: 4 ölü, 8 yaralı
03 fevral 2016 04:43 (UTC +04:00)

“Təcili yardım” avtobusla toqquşdu: 4 ölü, 8 yaralı

0

Xarkovda  “təcili yardım” maşınının avtobusla toqquşması nəticəsində 4 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  “təcili yardım” maşını qəfil yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtobusla toqquşub.

 

Qəza nəticəsində  “təcili yardım” maşınının sürücüsü və həkim-feldşer hadisə yerində ölüb, maşında olan 4 yaşlı uşaq və digər həkim aldıqları xəsarətlərdən xəstəxanada keçiniblər.

 

Uşağın anası daxil olmaqla daha 8 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıblar.  

 

İlkin versiyaya əsasən, qəzaya səbəb “Təcili yardım” maşınının sürücüsünün sükan arxasında qəfil keçinməsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar