Əfqanıstanın Vardak əyalətində “Taliban” hərəkatının yaraqlıları ölkə Daxili İşlər Nazirliyinin girov götürdükləri 4 əməkdaşını edam ediblər.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, polislər aprelin 15-də Kabul-Qəndəhar avtomobil yolunda oğurlanıb. Onlar həmin yolun təhlükəsizliyini təmin edən taqımda xidmət edirmiş.
Onların cəsədi Seyidabad rayonunda aşkarlanıb.
Xatırladaq ki, aprelin 14-də yaraqlılar Qəndəhar əyalətində oğurladıqları 6 nəfəri də qətlə yetirib.