“Taliban” hərəkatının yeni lideri Molla Əhtar Məhəmməd Mənsur silahdaşlarını birliyə çağıraraq çoxillik mübarizəni davam edəcəyinə and içib. Lent.az-ın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə onun avqustun 1-də yayılmış audio müraciətində bildirilir.
“Biz birliyimizi qoruyub saxlamalıyıq, biz bir olmalıyıq, biz parçalansaq düşmən buna sevinəcək. Bizim üzərimizə böyük məsuliyyət qoyulub. Bu bir, iki və ya üç nəfərin işi deyil. İslam dövləti elan edilənədək biz cihadın davam etdirilməsinə görə məsuliyyət daşıyırıq”, deyə o bildirib.
Müraciətdə Əfqanıstan hökuməti ilə sülh danışıqlarının aparılmasının mümkünlüyü ifadə olunub.