“Taliban” liderinin öldürüldüyü xəbəri yayıldı
04 dekabr 2015 10:13 (UTC +04:00)

“Taliban” liderinin öldürüldüyü xəbəri yayıldı

“Əfqanıstanın “Taliban” hərəkatının lideri Molla Əhtar Mansur əks mövqedə olan səhra komandirləri tərəfindən öldürülüb”.

 

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi Əfqanıstan hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Molla Mansurun ağır yaralandığı və keçindiyi bildirilir.

 

“The Australian” qəzeti isə hadisənin səhra komandirlərinin Pakistanın Kvetta şəhərində keçirilən yığıncağında baş verdiyini yazıb. Toplantıda mübahisə yaranıb və söyüş-təhqirlərlə müşayiət olunub. Bəzi şəxslər silaha əl atıblar. Mansurdan başqa, daha 5 səhra komandirinin öldüyü, onlarla şəxsin yaralandığı xəbər verilir.   

 

Lakin “Taliban” hərəkatının sözçüsü Zabiulla Mücahid xəbəri əsassız adlandırıb. Taliban hökumətinin keçmiş xarici işlər naziri Vahid Mujd da informasiyaya şübhə ilə yanaşıb və bunun Əfqanıstan hakimiyyəti tərəfindən talibləri parçalamaq üçün qəsdən yayıla biləcəyini vurğulayıb. Onun fikrincə, əgər Mansur doğrudan da ölübsə, bu, “Taliban”ın sonu ola bilər, çünki ciddi fikir ayrılıqları səbəbindən yeni lider seçmək mümkün olmayacaq. İstisna edilmir ki, bu halda bəzi komandirlər İŞİD-ə biət edə bilər.   

 

Qeyd edək ki, Molla Mansur bu ilin avqustunda Molla Ömərin ölümündən sonra “Taliban”ın lideri seçilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar