Əfqanıstanın Həlmənd vilayətinin təhlükəsizlik xidmətinin rəhbəri Cuma Gül Himmət “Taliban”la bağlı şok bəyanatla çıxış edib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu barədə məlumat “Tolo News TV”-nin internet saytında yerləşdirilib.
Cuma Gül Himmət bildirib ki, “Taliban” terror təşkilatının hər bir üzvünə təhlükəsizlik qüvvələri ilə döyüşmək üçün gündəlik 70 dollar verilir. Onun sözlərinə görə, bölgədəki ölkələr və ərəb ölkələri “Taliban” başda olmaqla müxtəlif terror təşkilatlarına açıq şəkildə maddi və hərbi dəstək verir.